Cümə, 03 May

Bill Qeytsdən "təhlükəsiz" nüvə silahları və süni ət PROQNOZU

image

“Qlobal istiləşmə Selsi üzrə 1,5 dərəcəni keçəcək, nüvə silahları “super təhlükəsiz”, süni ət isə “dadlı” olacaq”.

Xəbər verilir ki, bunu “Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts “Reddit” istifadəçilərinin suallarına cavabında deyib.

Onun sözlərinə görə, dünya 2015-ci il Paris İqlim Sazişində müəyyən edilmiş maksimum həddi keçməkdən qaça bilməyəcək.

O qeyd edib ki, dünyanın bəzi yerlərində uşaqların 10%-dən çoxu 5 yaşına çatmamış ölür, 30%-dən çoxu isə kifayət qədər qida çatışmazlığından əziyyət çəkir.

Onun əsasını qoyduğu nüvə innovasiya şirkəti “TerraPower” tərəfindən inşa edilən bugünkü nüvə reaktorlarında maye natrium soyuducu, uran isə yanacaq mənbəyi kimi istifadə olunur.

Qeytsin sözlərinə görə, ilk zavod Vayominqdə tikiləcək və 2030-cu ilə qədər istifadəyə veriləcək.

“Bu, iqlim problemlərinin həllinə böyük töhfə verə bilər, çünki ucuz və çox təhlükəsiz olacaq”, – iş adamı deyib.

Amerikalı iş adamı “Memphis Meats” kimi süni ət məhsullarının istehsalı ilə məşğul olan bir neçə şirkətə dəstək verdiyini bildirib.

Qeyd edək ki, 2022-ci ilin iyulunda milyarder sərvətinin demək olar ki, hamısını gələcəkdə “Qeyts Fondu”na verməyi planlaşdırdığını açıqlayıb. O, artıq iyul ayında fonda 20 milyard dollar ayırıb. May ayının sonunda Qeyts növbəti 20 ildə bəşəriyyəti gözləyə biləcək yeni bir pandemiya proqnozlaşdırıb. O hesab edir ki, pandemiya qrip və ya koronavirusdan yarana bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15